ABŞ konsulluğu qarşısında atışma: Ölənlər varbackend

ABŞ konsulluğu qarşısında atışma: Ölənlər var

Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ-ın Baş Konsulluğu qarşısında atışma olub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, insident çərşənbə günü yerli vaxtla saat 18:45-də baş verib.

Məlumata görə, Baş konsulluğun yaxınlığında avtomobil dayanıb, oradan silahlı şəxs çıxıb. Təhlükəsizlik qüvvələri vəziyyətə uyğun davranıb və baş verən atışma onun ölümü ilə nəticələnib.

Hücum nəticəsində diplomatik missiyanın zabiti də həlak olub.

Hüquq-mühafizə orqanları hadisəni araşdırır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*