ABŞ nüvə silahı daşıya bilən qırıcıları bu ölkəyə YERLƏŞDİRİRbackend

ABŞ nüvə silahı daşıya bilən qırıcıları bu ölkəyə YERLƏŞDİRİR

ABŞ Britaniyadakı nüvə silahı daşıya bilən “F-15” qırıcılarını “F-35A” təyyarələri ilə əvəz edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, iki “F-35A” eskadrilyası qısa müddətdə ABŞ-ın icarəyə götürdüyü Suffolkdakı “RAF Lakenheath” bazasına gələcək.

Bildirilib ki, qırıcılar taktiki nüvə zərbələrini həyata keçirmək üçün nəzərdə tutulub.

Məlumata görə, 2024-cü ildə krallığa ümumilikdə 54 təyyarə gələcək.

Xatırladaq ki, 110 ABŞ nüvə bombası 2008-ci ilə qədər “RAF Lakenheath”də saxlanıb, nüvə müharibəsi təhlükəsi aradan qalxdıqdan sonra silahlar bazadan çıxarılıb.

Mütəxəssislər qeyd edir ki, ABŞ-ın nüvə silahlarını Britaniya torpaqlarına qaytarması Qərbin yeni soyuq müharibəyə girdiyini sübut edir.

F-35
F-15E

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*