İki tanınmış erməni Paşinyanın üstündə DAVA ETDİbackend

İki tanınmış erməni Paşinyanın üstündə DAVA ETDİ

Erməni bloger və “İşıq Ordusu” təşkilatının rəhbəri Karen Arayan RT-nin baş redaktoru Marqarita Simonyanı sərt tənqid edib.

KONKRET.az-ın xəbərinə görə, o, Simonyanın Ermənistan və baş naziri barədə səsləndirdiyi fikirlərə reaksiya verərək bildirib ki, Paşinyanın taleyini yalnız erməni xalqı həll etməlidir.

Arayan vurğulayıb ki, Paşinyanı müdafiə etmir, lakin Ermənistanın suveren qərarvermə haqqını qoruyur.

Onun sözlərinə görə, Kreml ilə Paşinyan arasındakı qarşıdurma “iki fərqli anti-erməni layihənin toqquşmasıdır”.

Bloger həmçinin Rusiyanı tarixi qərarlarla erməni maraqlarına zərbə vurmaqda ittiham edib .

Arayan qeyd edib ki, Ermənistan üçün əsas məsələ ölkənin milli maraqlarının önə çəkilməsidir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*