ABŞ Qarabağ məsələsində Rusiya ilə dialoq apara bilməz – Maykl Karpenterbackend

ABŞ Qarabağ məsələsində Rusiya ilə dialoq apara bilməz - Maykl Karpenter

ABŞ Qarabağ məsələsində Rusiya ilə dialoq apara bilməz, lakin rusların tərəfləri müzakirəyə dəvət etdiyini bilirlər.

KONKRET.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna eksklüziv müsahibəsində ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter bildirib.

“Ukraynaya qarşı müharibə Rusiyanın iştirak etdiyi çoxsaylı formatlara təsir edib, çünki Moskva beynəlxalq sistemin normalarını o dərəcədə pozub ki, onunla əməkdaşlıq yollarını tapmaq çətindir. Lakin eyni zamanda ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin, sərhədlərin həllinə, ədalətli və davamlı sülh axtarışına diqqət yetirib. Məhz buna görə də biz Ermənistan və Azərbaycanla ikitərəfli, üçtərəfli görüşlərdə iştirak edirik və Avropa İttifaqının, xüsusən də Avropa Şurasının rəhbəri Şarl Mişelin səylərini yüksək qiymətləndiririk.

Hazırda biz rusların hərəkətləri ətrafında dialoq apara bilmərik, Rusiya müzakirələrində iştirak etmək istəyib-istəməyəcəyinə tərəflər özləri qərar verirlər”, – Karpenter deyib.

ABŞ digərlərindən fərqli olaraq Ermənistan və Azərbaycanın qonşusu deyil, qərəzli maraqları yoxdur və buna görə də daha qərəzsiz ola bilər.

Diplomatın sözlərinə görə, bundan həm Yerevan, həm də Bakı xəbərdardır.

“Düşünürəm ki, tərəflər ABŞ-ın xidmətinə regiona sülh gətirmək üçün dürüst və səmimi səy kimi baxır, çünki biz uzunmüddətli perspektivdə fayda görürük: biz qonşu ölkə deyilik, ona görə də bu məsələdə “şəxsi” maraqlarımız yoxdur. Bu, ABŞ üçün də üstünlük ola bilər ki, bizə bu fikir ayrılıqlarının həllinə nail olmaq üçün qərəzsiz diplomatik vasitələrdən istifadə etməyə imkan verəcək”, – diplomat qeyd edib.

Karpenter bildirib ki, Qarabağdakı vəziyyəti son dərəcə ciddi hesab edir, həqiqətən də çətindir və orada yaşayan insanların ehtiyaclarının ödənilməsi vacib məsələdir. “Bəli, bu mənim üçün kəskin problemdir, mən vəziyyətə etiket qoymaq istəmirəm, amma hesab edirəm ki, addımlar atmaq ABŞ və Aİ diplomatlarının məsuliyyətidir. Hazırda ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono diplomatik səylərə yeni təkan vermək üçün regiondadır. Biz vəziyyətin pisləşməsinə imkan verə bilmərik. Artıq bir ildən çoxdur ki, Qərb, ABŞ və Avropa İttifaqı regionda sülhün bərqərar olması üçün Ermənistan və Azərbaycanla fəal danışıqlar aparır. Bu görüşlərə görə Vaşinqtonda belə bir təəssürat var ki, Bakı və İrəvan həll yollarına nail olmaq istəyirlər, lakin maksimalist meyllər də var”, – Karpenter əlavə edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*