“ABŞ qüvvələri İrana görə Ərəbistandadır” – Co Baydenbackend

"ABŞ qüvvələri İrana görə Ərəbistandadır" - Co Bayden

Amerika Prezidenti Co Bayden dekabrın 7-də ölkə Konqresinə yazdığı məktubda Amerika Birləşmiş Ştatları qüvvələrinin dünyanın müxtəlif yerlərində yerləşdirilməsi ilə bağlı vəziyyət haqqında məlumat verib.
KONKRET.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, Bayden məktubunun əvvəlində açıqlayır ki, bu rapor “Müharibə sələhiyyətləri qətnaməsi” çərçivəsində onun səlahiyyəti əsasında hazırlanıb.
Məktubda, habelə Amerika qüvvələrinin İraq, Suriya, İordaniya, Ərəbistan yarımadası, Türkiyə, Əfqanıstan, Şərqi Afrika və Filippində yerləşdirilməsi ilə bağlı məlumat verilib. Bayden Amerika qüvvələrinin Ərəbistanda yerləşdirilməsi ilə bağlı yazıb: “Amerika Birləşmiş Ştatları qüvvələri Səudiyyə Ərəbistanında yerləşdirilib ki, bölgədə İranın və onun maliyyələşdirdiyi qruplaşmaların düşmənçilik hərəkətləri qarşısında Amerika qüvvələrini və onların mənafeyini müdafiə etsin”.
Co Bayden İraqda İranın dəstəklədiyi yaraqlılara hücum əmri verməsinə də toxunaraq yazıb: “2021-ci ilin iyununda xəbər verildiyi kimi, mən Suriyada iki və İraqın Suriya sərhədi ilə yaxınlıqda bir hərbi təsisata hücum əmrini vermişəm. Həmnin bazalardan Amerikanın İraqdakı qüvvələrinə və təsisatlarına silsilə hücumlarda iştirak edən İrana bağlı yaraqlılar tərəfindən istifadə edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*