ABŞ Ukraynaya iki “NASAMS” sistemi TƏHVİL VERDİbackend

ABŞ Ukraynaya iki “NASAMS” sistemi TƏHVİL VERDİ

ABŞ ilk iki “NASAMS” zenit-raket kompleksini Ukraynaya təhvil verib.

KONKRET.az xəbər verir ki, bu barədə silahın istehsalı ilə məşğul olan “Raytheon Technologies” şirkətinin baş direktoru Qreq Hayes “CNBC” telekanalına deyib:

“Biz bir neçə həftə əvvəl iki “NASAMS” kompleksini ABŞ hökumətinə təhvil verdik. Onlar artıq bu gün Ukraynada yerləşdirilir”.

Qeyd edək ki, oktyabrın 11-də ABŞ bu sistemləri Ukraynaya təhvil verəcəyini açıqlayıb.

Böyük Britaniya bir neçə həftə ərzində Ukraynaya “NASAMS” üçün “AIM-120” orta mənzilli raketləri (AMRAAM) tədarük etmək niyyətindədir. Bu tip hava hücumundan müdafiə sistemi dünyada ən effektiv hesab olunur. Onlar Vaşinqtonun hava məkanını qorumaq üçün istifadə olunur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*