ABŞ və Böyük Britaniya, Parisdə keçirilən mühüm sammitdə “inklüziv və dayanıqlı” süni intellektə dair bəyanatı imzalamaqdan imtina edib.
KONKRET.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Bildirilib ki, bu addım süni intellektin inkişafı və tənzimlənməsi ilə bağlı gözləntiləri zədələyib.
Bəyanatda süni intellektin açıq, inklüziv, şəffaf, etik, təhlükəsiz və etibarlı olması, həmçinin insanlar və planet üçün dayanıqlılığı irəli sürülüb. 60 ölkə, o cümlədən Fransa, Çin, Hindistan, Yaponiya, Avstraliya və Kanada bu bəyanatı dəstəkləyib.
Lakin ABŞ və Böyük Britaniya sənədi imzalamaqdan niyə imtina etdiklərini açıqlamayıblar. Tərəflər yalnız bəyanatda təhlükəsizlik məsələlərinə kifayət qədər diqqət yetirilmədiyini vurğulayıblar.
Aysu İbrahimova,
KONKRET.az