ABŞ və İran RAZILAŞDI? – Xarici KİVbackend

ABŞ və İran RAZILAŞDI? - Xarici KİV

ABŞ və İran əvvəlkindən daha geniş olan yeni nüvə müqaviləsinin zəruriliyi ilə bağlı prinsipial razılığa gəliblər.

KONKRET.az xəbər verir ki, bu barədə Səudiyyənin “Elaf” internet nəşri təhlükəsizlik xidmətindəki mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, ABŞ və İranın yüksək rütbəli rəsmilərinin son aylarda Omanda keçirilən görüşləri zamanı gələcək razılaşmanın son detalları müzakirə olunub.

Razılaşma İranın nüvə proqramının, o cümlədən uranın zənginləşdirilməsinin mərhələli şəkildə dayandırılmasını nəzərdə tutur. İranlılar həmçinin Suriya və Yəməndə hərbi əməliyyatların dayandırılmasına, həmçinin Fars körfəzində naviqasiya azadlığının təmin edilməsinə sadiqdirlər. Bunun müqabilində İslam Respublikası sanksiyaların tamamilə ləğvi, nefti sərbəst satmaq və İranın Qərb banklarındakı bütün səhmlərini dondurmaq hüququ əldə edir.

İsrailin Kanal 9 televiziyası xəbər verir ki, Qüds Tehranla yeni sazişin bağlanmasının qəti əleyhinədir. İsrail hökuməti deyir ki, İran bu müqavilə çərçivəsində ilk növbədə yüz milyardlarla dollar alacaq.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*