ABŞ Dövlət Departamenti Türkiyə prezidenti Rəcəb Ərdoğanın Naxçıvana səfəri və “Zəngəzur dəhlizi” ilə bağlı müzakirələrə münasibət bildirməyib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib.
Diplomat qeyd edib ki, ABŞ bu məsələdə Türkiyə hökuməti ilə işləyir.
“Baş katib Blinkenin keçən il Nyu-Yorkda keçirdiyi görüşdə türkiyəli həmkarı ilə bu məsələni müzakirə etmişdi. Biz ümidliyik ki, bütün müttəfiqlərimiz və tərəfdaşlarımız davamlı razılaşmanın əldə edilməsində konstruktiv rol oynaya bilər, o cümlədən, əlbəttə ki, Türkiyə. Amma konkret təkliflə bağlı heç bir şərhim yoxdur”, – Miller qeyd edib.
Ariz Həsənoğlu
KONKRET.az
