Afət Fərmanqızının NİKAHI Rusiyada olacaq – “İki günə qərarımızı dəyişdik”backend

Afət Fərmanqızının NİKAHI Rusiyada olacaq - “İki günə qərarımızı dəyişdik”

Müğənni Afət Fərmanqızı yanvarın ortalarında baş tutacaq toyuna hazırlaşır. Qeyd edək ki, müğənni Rusiyada yaşayan iş adamı ilə ikinci ailə həyatına qədəm qoyur. Afət Fərmanqızının birinci evlilikdən bir övladı var.

KONKRET.az-ın mməlumatına görə, nikah mərasimi ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran müğənni Azərbaycanda nikahla bağlı prosedur qaydalarının uzun və bir qədər də çətinliyi səbəbindən mərasimin Rusiyada baş tutacağını açıqlayıb:

“Nikahla bağlı burada prosedur bir qədər uzundur. Ona görə də Azərbaycanda subaylığım barədə arayış götürdüm. Yanvarın ilk həftəsi Rusiyada nikahımız baş tutacaq. Ayın ortalarından sonra isə Azərbaycanda dost-tanışımızı başımıza yığıb nikahmızın tanıtımını edəcəyik. Əvvəl fikrim o idi ki, yanvarın ilk həftəsi həm nikah, həm də toy burada olsun. Sənəd məsələmizdə çətinlik yarandığı və Rusiyada bu prosedurların çox rahat şəkildə getdiyini nəzərə alıb qərarımızı iki günə dəyişdik”.

Müğənni bu günlərdə Rusiyaya gedəcəyini və nikaha qədər bəzi şəhərləri gəzməyi planlaşdırır:

“Qərar gəldik ki, mən gedim və orada nikahmız olsun, sonra bir yerdə geri dönək. Bilirsiz ki, Rusiyada iş həftəsi yanvarın 11-dən başlayır. O vaxta qədər həyat yoldaşımla birgə gəzməli və görməli yerləri, xüsusilə Ermitajda olmağı düşünürəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*