Ağ ev Priqojinin ölümü ilə bağlı: “Kremlin öz rəqiblərini öldürmək vərdişi var”backend

Ağ ev Priqojinin ölümü ilə bağlı: "Kremlin öz rəqiblərini öldürmək vərdişi var"

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre Priqojinin qətlində Kremlin məsuliyyət daşıdığını bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters xəbər verir.

ABŞ Rusiya prezidenti Vladimir Putinin hələ iyun ayında Kremlə qarşı dövlət çevrilişinə cəhd edən Priqojinin qətlini təşkil edə biləcəyini ehtimal edir.

“Biz hamımız bilirik ki, Kremlin öz rəqiblərini öldürmək vərdişi var”. Ona görə də nə baş verdiyi aydındır”, – deyə mətbuat katibi əlavə edib.

Xatırladaq ki, Priqojin ötən həftə Moskva yaxınlığında uçduğu təyyarənin qəzaya uğraması nəticəsində dünyasını dəyişib. Təyyarənin qəzaya uğramasına tam olaraq nəyin səbəb olduğu ilə bağlı müxtəlif versiyalar var.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*