“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası TƏSDİQ EDİLƏCƏKbackend

“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası TƏSDİQ EDİLƏCƏK

Azərbaycanda “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası təsdiq ediləcək.

KONKRET.az xəbər verir ki, bu, “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Tədbirlər Planında əksini tapıb.

Sənəddə bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi aidiyyəti qurumlarla birlikdə 2022-2023-cü illərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının layihəsini təsdiq üçün təqdim etməlidir.

2023-cü ilədək “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası təsdiq edilməli, ictimai nəqliyyat üçün “Mobillik Xidmət kimi (MaaS)” təcrübəsinin tətbiqi təmin edilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*