Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin baş diplomatik müşaviri Saymon Mordu Ermənistan, Azərbaycan, Fransa və Almaniya nümayəndələri ilə görüş keçirəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Guardian məlumat yayıb.
Görüşdə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da iştirak edəcək.
Görüşün məqsədi “mövcud vəziyyətin qiymətləndirilməsi və gələn həftə liderlərin Qranadada keçiriləcək mümkün görüşünə hazırlıq olacaq.
Qeyd edək ki, görüş sentyabrın 26-da Brüsseldə baş tutacaq. Burada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev iştirak edəcək.
Ariz Həsənoğlu,
KONKRET.az
