“Bildiririk ki, Aİ, ABŞ və bütün digər beynəlxalq aktorlar Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizlik təminatlarını təmin edə bilmədi”.
KONKRET.az xəbər verir ki, bu barədə İşıqlı Ermənistan Partiyasının sədri Edmond Marukyan bildirib.
O qeyd edib ki, Qarabağ ermənilərinin hüquqları və bütövlüyü onlara əcdadlarının torpağında təhlükəsiz yaşamağa imkan verəcək beynəlxalq mexanizmlər çərçivəsində təmin edilməlidir.
Ariz Həsənoğlu,
KONKRET.az
