Akopyan: “Azərbaycan heç bir fürsəti əldən vermir” – “Vəziyyətimiz çox gərgindir”backend

Akopyan: "Azərbaycan heç bir fürsəti əldən vermir" - "Vəziyyətimiz çox gərgindir"

“44 günlük müharibədən sonra da savaşın hələ bitmədiyi və iqtidarın məğlubiyyət mərhələsinin keçdiyi hər kəsə aydın idi”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Ədalət” fraksiyasının deputatı Metaxe Akopyan bildirib.

“Müharibə daha bir mərhələyə qədəm qoyub. Azərbaycanın tələbləri davam edir və Azərbaycanın hər kiçik tələbini yerinə yetirdikdən sonra daha böyük tələblər irəli sürülür. Belə də olmalı idi, Azərbaycan kifayət qədər uzun müddət idi ki, belə bir fürsət gözləyirdi və təbii ki, bunu əldən verməzdi”.

Bu hakimiyyət artıq heç bir şəkildə “Artsax” sözünü tələffüz etmir. “Artsax” məsələsinin bağlanması onların razılığının birinci mərhələsinin sonu deməkdir.

Ermənistanda siyasi-iqtisadi-hərbi vəziyyət olduqca gərgindir. Lakin Azərbaycan əldə etdiklərini təmin etmək və sənədləşdirmək üçün davamlı addımlar atır”.

Günel Mikatyılova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*