Ali Məhkəmə şahzadə Harrinin iddiasını təmin etməyibbackend

Ali Məhkəmə şahzadə Harrinin iddiasını təmin etməyib

Susseks hersoqu məhkəmədə “kral ailəsinin üzvü” olduğunu dayandırdıqdan sonra təhlükəsizlik statusunun aşağı salınmasına dair hökmün ləğv edilməsi barədə iddia qaldırıb.

KONKRET.az Britaniya mediasına istinadən bildirir ki, müdafiə zamanı şahzadənin vəkilləri bu qərarın qəbulunu ədalətsizlik adlandırıblar. Lakin iddia təmin edilməyib.

Dekabr ayında iddia qaldırılarkən, Daxili İşlər Nazirliyinin hüquqşünasları deyiblər ki, şahzadənin təhlükəsizlik məsələsi hər konkret hala görə həll olunur və polis tərəfindən mühafizəsi dövlət tərəfindən maliyyələşdirilir.

Qeyd edək ki, məhkəmə prosesinin böyük hissəsi qapalı keçirilib. Qərarın hersoqun Böyük Britaniyaya gələcək səfərlərinə təsiri olacağı bildirilir.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*