Türkiyənin ən böyük pivə istehsalçısı “Anadolu Efes” şirkətinin adı ilə Azərbaycanda yaradılan eyni adlı şirkətin vergi borcu yaranıb.
KONKRET.az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, 11 noyabr 2021-ci ildə yaradılan “Anadolu Efes Biracılık ve Malt Sanayii” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 167.518,15 AZN vergi borcu var.
Hüquqi ünvanı Nizami rayonu, İlham Məmmədov küçəsi, ev 2, m 56-da yerləşən, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Nəbiyev Cavid Nizami oğludur.
Cavid Nəbiyevin qanuni təmsilçisi olduğu “Azərkənd Təsərrüfatı Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 116.515,2 AZN vergi borcu var.
Nizamnamə kapitalı 10 manat olan bu şirkətin isə hüquqi ünvanı Nizami rayonu, Məşədi Hilal Kazımov küçəsi, ev 40-da yerləşir.
