2025-ci ildə qlobal hərbi xərclər 2,887 trilyon dollara çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatında deyilib.
Məlumata görə, 2025-ci ildə qlobal hərbi xərclərin yarıdan çoxu üç ölkənin – ABŞ, Çin və Rusiyanın payına düşüb:
“Ümumilikdə ABŞ, Çin və Rusiya sözügedən sahəyə 1,48 trilyon dollar xərcləyib, bu da qlobal ümumi xərclərin 51%-ni təşkil edib”.
Məlumata görə, 2025-ci ildə qlobal müdafiə xərcləri 2,88 trilyon dollara qədər artıb:
“Bu rəqəmlər ardıcıl on birinci ildir ki, artmaqdadır. Eyni zamanda, hərbi xərclərin qlobal ÜDM-də payı 2,5%-ə çatıb. Bu, 2009-cu ildən bəri ən yüksək göstəricidir”.
