İran bəyan edir ki, ölkənin silahlı qüvvələrinin bir hissəsi hələ münaqişəyə qoşulmayıb, lakin zərurət yaranarsa, hərəkətə keçməyə hazırdır.
KONKRET.az xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli nümayəndəsi Baməni açıqlamasında deyib ki, qüvvələr tam hazır vəziyyətdədir və əmrləri gözləyir.
Eyni zamanda, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Fədəhüseyn Maliki bildirib ki, ölkənin təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə regionun sahil zonaları da risk altına düşəcək.
Onun sözlərinə görə, İranın sahil xəttinin təhlükəsizliyi pozularsa, Oman dənizi və Fars körfəzi sahillərinin təhlükəsizliyi də təhlükə ilə üzləşəcək.
Maleki həmçinin ABŞ-ı danışıqlarda irəliləyişə mane olmaqda və hərbi-dəniz blokadası kimi addımlarla atəşkəs rejimini pozmaqda ittiham edib.
O, əlavə edib ki, İran Hörmüz boğazına tam nəzarət edir və hazırda danışıqlara və ya atəşkəsə maraq göstərmir.
Müşviq Tofiqoğlu
KONKRET.az
