backend

Alkoqol və tütün məhsulları məktəbələrin yaxınlığında satılacaq

Özbəkistanda təhsil, idman və dini qurumlardan ən azı 200 metr məsafədə yerləşən mağazalarda alkoqol və tütün məhsullarının satışına icazə verilib – əvvəllər bu məsafə 500 metr idi.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun verdiyi məlumata görə, dəyişikliklər haqqında qanun noyabrın 14-də prezident Şövkət Mirziyayev tərəfindən imzalanıb. Sənəd noyabrın 15-də dərc olunduğu gündən qüvvəyə minib.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bu məhsulların ümumi satış sahəsi 1000 kvadratmetrdən çox olan ticarət mərkəzlərinin (bazarların) və yarmarkaların ərazisində satılması istisnadır.

Alkoqol və tütün satışında məhdudiyyətlərin dəyişdirilməsi prezidentin 5 fevral tarixli fərmanı ilə təmin edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*