Şahruddinin komandası “Qalatasaray”a UDUZDUbackend

Şahruddinin komandası "Qalatasaray"a UDUZDU

Bu gün Türkiyə Superliqasında 34-cü tura start verilib.

KONKRET.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” öz meydanında lider “Qalatasaray”la qarşılaşıb. Görüşdə İstanbul komandası 3:0 hesablı qələbə qazanıb.

Şahruddin də bu oyunun iştirakçısı olub. 29 yaşlı qapıçı meydana start heyətdə çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, “Qalatasaray” 93 xalla 1-ci, “Adana Demirspor” isə 41 xalla 11-ci pillədə qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*