Alla Puqaçova: “Vecimə də deyil”backend

Alla Puqaçova: "Vecimə də deyil"

Rusiyalı prodüser Pavel Rudçenko pop-müğənni Alla Puqaçovanın xarici agent kimi tanınmasına reaksiyasını açıqlayıb. 

KONKRET.az xəbər verir ki, media meneceri xatırladıb ki, Rusiya Ədliyyə Nazirliyi bu barədə əri, şoumen Maksim Qalkini xarici agentlərin reyestrinə daxil edərkən ifaçının özü ona da xarici agent statusunun verilməsini xahiş edib. Rudçenko əlavə edib ki, sənətçi departamentin belə bir qərarına hazırdır.

“Prinsipcə, o, Rusiyadakı biznesini artıq bağlayıb. Puqaçova Rusiyada yaşamır və geri qayıtmaq fikrində də deyil. Onun xarici agent kimi tanınması tamamilə mümkündür, amma bu, onun vecinə də deyil”, – deyə prodüser bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin (FPBC) rəhbəri Vitali Borodin demişdi ki, Baş Prokurorluq Puqaçovanın xarici agent kimi tanınması proseduruna başlayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*