Sabah 2 rayonda qaz olmayacaqbackend

Sabah 2 rayonda qaz olmayacaq

Sabah Masallı və Astara rayonlarının bəzi kəndlərində təbii qazın verilişi dayandırılacaq.

Bu barədə KONKRET.az-a “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq və təmir-bərpa işləri ilə əlaqədar iyunun 30-da saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Hişkədərə kəndinin, Astara rayonunun Pensər, Kakalos, Bala Şahağacı və Qamışoba kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*