Putin narahatdır, Gerasimov prezidenti aldadırbackend

Putin narahatdır, Gerasimov prezidenti aldadır

Rusiya Prezidenti Vladimir Putin müsahibəsində rus ordusunun Kupyansk şəhərindən 2,5-5 kilometr aralıda olduğunu bildirib. Problem ondadır ki, həm Rusiya prezidenti, həm də Baş Qərargah rəisi Valeri Gerasimov əvvəllər dəfələrlə Kupyanskın ələ keçirildiyini bildirmişdilər.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlə yaxınlığı ilə bilinən “Kremlyovskaya Tabakerka” Teleqram kanalı yazıb.

“Kremldəki mənbələr bildirir ki, Prezident Putin Gerasimovun deyil, başqa mənbələrdən cəbhədəki vəziyyətlə bağlı müəyyən məlumatlar almağa başlayıb. Putin guya Baş Qərargah rəisinə etibar edir, lakin qoşunların davamlı qələbələr və yeni şəhər və qəsəbələrin ələ keçirilməsi fonunda niyə bu qədər yavaş irəliləməsindən təəccüblənir. Prezident həqiqətən də anlamaq istəyir ki, cəbhədə nə baş verir. O, son vaxtlar hərbçilərlə daha tez-tez əlaqə saxlayır, onları Kremlə dəvət edir. Görünür, onların verdiyi məlumatlar Baş Qərargahın verdiyi məlumatlardan xeyli fərqlənir”, – kanal bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*