Almaniyada “Mercedes” zavodunda atışma: Ölən və yaralanan varbackend

Almaniyada “Mercedes” zavodunda atışma: Ölən və yaralanan var

Naməlum şəxs Almaniyanın “Mercedes-Benz” avtomobil şirkətinin Sindelfingen (Baden-Vürtemberq) kəndindəki zavoduna atəş açıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Məlumata görə, yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Polis atəş açan şəxsi saxlayıb.

Bildirilib ki, hazırda zavodun işçiləri üçün heç bir təhlükə yoxdur.

Hadisənin motivləri açıqlanmır. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Mercedes-Benz S-Class” avtomobilləri hadisənin baş verdiyi Sindelfingendəki zavodda istehsal olunur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*