Almaniyada Merkeli “alkaş” adlandırır, istefasından danışırlar – titrədiyinə görə
375
Almaniya kanslerinin administrasiyasının rəhbəri Helqe Braun Angela Merkelin əsmə problemindən dolayı öz vəzifəsini tərk etməyəcəyini bildirib.
Konkret.az “Reuters”-ə istinadən xəbər verir ki, Braun hazırda kanslerin özünü çox gözəl hiss etdiyini və sağlamlığı üçün heç bir təhdid yaranmadığını dilə gətirib. O, Merkelin 2022-ci ilədək, yəni səlahiyyət müddətinin bitməsinə qədər postunda qalacağını vurğulayıb.
Müxalifət nümayəndələri isə kanslerin sağlamlıq məsələsindən istifadə etmək niyyətlərini gizlətmirlər.
Kremlə yaxın, Rusiyapərəst “Almaniya üçün Alternativ” partiyasından, Bundestaqın deputatı Pyotr Bıstron ölkə liderinin alkoqolizm xəstələyindən əziyyət çəkdiyini iddia edib. P.Bıstron Rusiyanın “kp.ru” saytına verdiyi müsahibədə kanslerin əsməsində məhz spirtli içkilərdən çox istifadə etməsinin əlamətlərinin göründüyünü söyləyib.
“Bəlkə də onun Parkinson xəstəliyi də mövcuddur”, – deyə Bıstron əlavə edib.
Deputat kanslerə sağlamlığına daha çox diqqət ayırmasını məsləhət görüb və dərhal tam tibbi müayinədən keçməsinin zəruri olduğunu vurğulayıb.
“Təəssüf ki, Mereklin hazırkı vəziyyətini Avropa Birliyinin indiki durumu ilə müqayisə etmək olar. Hər ikisində də problemlər göz önündədir və sadəcə onlara məhəl qoyulmur”, – deyə ruspərəst deputat əsl Kreml sözcüsu kimi danışıb.