AMEA-nın həftəlik mətbu orqanı olan “Elm” qəzeti ilə bağlı maraqlı fakt üzə çıxıb.
KONKRET.az-ın araşdırmasına görə, “Elm” qəzeti “CBS” nəşriyyatında çap olunur.
“CBS Polygrafic production” MMC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Hikmət Əbuzər oğlu İsmayılovdur. Hikmət İsmayılov isə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır.
Məlumat üçün bildirək ki, “Elm” qəzetinin qiyməti 50 qəpik, tirajı 2000 və satışdan əldə etdiyi aylıq gəlir isə 4000 AZN-dir.
Əli Davudoğlu,
KONKRET.az
