Anar Əsədli: “Kəndlərin bərpasını təkcə dövlət öz üzərinə götürməməlidir” – VİDEObackend

Anar Əsədli: "Kəndlərin bərpasını təkcə dövlət öz üzərinə götürməməlidir" - VİDEO

“Qayıdış prosesini ilk olaraq dövlətin həyata keçirməsi doğrudur. Yəni ilk köç dövlətin birbaşa nəzarətində olmalıdır. Amma bundan sonra hər kəndin bərpasını dövlət bu şəkildə öz üzərinə götürməməlidir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Azərbaycan Yüksəliş Partiyasının başqanı, əslən Zəngilandan olan Anar Əsədli Ağalı kəndinə əhalinin köçürülməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, proses mütləq vətəndaşların iştirakı və yardımları ilə baş verməlidir. “Hər kəndin bərpası dövlətin hesabına olsa, prosesin ləng getməsi təbii hal alacaq. Prosesə yerli əhali cəlb olunmalı, dövlətin dəstəyi ilə hər kəs öz obasını bərpa etməlidir. Bu, qayıdışı xeyli sürətləndirəcək”.

Anar Əsədli bildirib ki, ümumilikdə bu günün əhəmiyyəti çox böyükdür. “30 ildən sonra tarixi torpaqlarımıza qayıdışın başlaması qələbəmizi reallığa çevirən hadisədir. 10 noyabrdan iki ilə yaxın müddət keçir. Haqlı olaraq, suallar doğurdu ki, o torpaqlarda yaşayış başlamayacaqdısa, savaş niyə oldu? Niyə şəhid qanı töküldü? Bu gün Zəngilana qayıdış o suallara cavabdır. Bu qayıdışın duyğusunu heç bir söz ifadə edə bilməz. Şəhidlərimizin ruhu şaddır, qazilərimizə və Vətən savaşı iştirakçılarımıza ehtiramımız sonsuzdur. Və bizə xalqımızı təbrik etmək düşər. Çünki bu gün biz Millət və Dövlət kimi açıq alınla yurdumuza qayıdırıq. Bu, bizim haqqımızdır və haqq öz yerini tapır”, – deyə Anar Əsədli fikrini tamamlayıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*