Anar Nağılbazla Faiq Ağayevin fərqi – “Ondan dəyərli, mədəni, lütfkar, nəzakətli məşhur görmədim”backend

Anar Nağılbazla Faiq Ağayevin fərqi - "Ondan dəyərli, mədəni, lütfkar, nəzakətli məşhur görmədim"

Lətafət Novruzova

Bizim məşhurlarda bir qəribə xüsusiyyət olur və bu xüsusiyyət onun fanatlatına qarşı sayqısızlıq və laqeydlik gətirir. Belə ki, heç zaman anlamır ki, istedadlı olması ona təbiətin bəxş etdiyi hədiyyədir və bu hədiyyə  tamaşaçı alqışı və sevgisi ilə mükafatlandırılıb.

Bir çoxları yazaraq və yaxınlaşaraq sevgini bildirən zaman bu addımı sanki borcunmuş kimi qarşılayır və sənə üstdən aşağı baxır. Buna dəfələrlə şahid olan adam kimi deyə bilərəm ki, bir zaman Anar Nağılbazın dəlicəsinə fanatı olan tələbə yoldaşım onun bütün konsertlərinə yetərincə pul xərcləyib, hər konsertində ona qiymətli hədiyyələr bağışlayırdı. Bu sevgidən, sayqıdan xəbərdar olan sənətçi heç zaman onun təbrik, təşəkkür, ehtiram dolu mesajlarını cavablamır, heç bir təşəkkür mesajı yazmırdı. İllər ötdükcə bu sevgi azalmağa, Anar isə onun üçün adi sənətçilərdən birinə çevrilməyə başladı.

Bir neçə il sonra, baxmayaraq ki, gözəl sənətçi idi, amma artıq tamamilə unudulmuşdu. Həmin fanat ordusundan demək olar ki, barmaqla sayılacaq, tək-tük insanlar qalmışdı. Və daha sonra onun məlum videosu yayıldı və o,  kütlə tərəfindən kəskin qınaqla üzləşdi. Hətta bir çox sevənləri tərəfindən qınaq obyektinə çevrilən sənətçi tələbə yoldaşımın 6 il əvvəl yazmış olduğu sevgi, sayqı dolu mesajını ilk dəfə olaraq cavabladı. Bu fanatına diqqət yox, artıq tənhalıqdan yaranan tələbat idi. O zaman isə artıq həmin hələbə yoldaşım ailə qayğıları, iki uşaq, bir xəstə qayınana ilə məşğul idi. Rep adlı sənətin, Anar adlı sənətçinin varlığının belə fərqində deyildi. Bir tanıdığım şəxs vaxtilə Elşən Xəzərin izləyicisi idi. Eyniylə həmişəki vəziyyət.

İndi də elələri mövcuddur. Anlamırlar ki, onlara istedadı verən ana təbiətdirsə, məşhurlaşdıran onların izləyiciləri və fanatlarıdır.

Bu mövzuda Faiq Ağayevdən dəyərli, mədəni, lütfkar, nəzakətli məşhur görmədim. Adam həqiqətən hər mövzuda möhtəşəmdir. Məktəbli vaxtımdan dəyərlimizin fanatıyam. Yazıb, tez-tez bezdirmək kimi vərdişim olmasa da, nə vaxt sevgimi bildirmişəmsə, hər dəfəsində nəzakətlə qarşılayıb, hər zaman ona olan tamaşaçı sevgimə dəyər verib.

Əziz sənətçilər, bu adamdan öyrənəcəyiniz çox şeylər var.

Və bir də yüksəlişinizdə sizə verilən dəyəri layiqincə qiymətləndirin ki, enişiniz olarsa, tənha qalmayasınız.

Tənhalıq qorxuncdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*