Ancelina Coli Bred Pittə uşaqlarıyla tətil etmək icazəsi veribbackend

Ancelina Coli Bred Pittə uşaqlarıyla tətil etmək icazəsi verib

 

Məşhur Hollivud ulduzu Ancelina Coli keçmiş əri Bred Pittə övladlığa götürdükləri altı uşaqla birlikdə yay tətilini keçirmək üçün icazə verib.

Konkret.az xəbər verir ki, bu barədə The Sun qəzeti yazıb.

Qeyd olunur ki, indiyədək cütlüyün çoxsaylı münaqişələri olub və onlardan bir qismi övladların üzərindəki qəyyumluqla bağlıydı. Buna baxmayaraq, bu dəfə aktrisa özü keçmiş ərinə müraciət edərək uşaqlarla birlikdə olmağı xahiş edib. Həmin vaxt o özü “Ölümümü istəyənlər” filminin çəkilişində olacaq.

Image result for bred pitt ancelina coli uşaqlar

Qəzetin qaynağlnın sözlərinə görə, Coli ilə Pittin nikahı pozulduqdan sonra aktrisa ərinə uşaqlarıyla tez-tez görüşmək icazəsi vermirdi. İndi isə o, öz valideylərini də Los-Ancelesdəki malikanəsinə dəvət edib ki, yayı ailə mühitində keçirsinlər. “Bu, gerçəkdən də pozitiv addımdır və Bred Pitt buna görə sevincindən göyün yeddinci qatındadır, – qəzetə danışan məlumatlı mənbə əlavə edib.

A.Coli Bred Pittdən boşanmaq üçün 2016-cı ilin sentyabrında ərizə verib. O, bu addımı Pittin tərbiyə üsulları ilə razılaşmaması üzündən atıb. Xəbər verilirdi ki cütlüyün ayrılmasının səbəbi ailənin şəxsi təyyarəsində uçarkən sərxoş Bred Pittin böyük oğlu Meddoksu vurmasıdır, ancaq bu informasiya təsdiqlənmədi. Buna baxmayaraq, ulduqların boşanması bu ilin aprelində rəsmiləşdi.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*