ANS-in “Böyük Seva”sı ağır əməliyyat olundubackend

ANS-in "Böyük Seva"sı ağır əməliyyat olundu

Hər kəsin ANS telekanalından “Böyük Seva” kimi tanıdığı Sevda Həsənovanın sağlıq durumunda ciddi problem yaranıb.

KONKRET.az Gununsesi.info-ya istinadən xəbər verir ki, yaxınlarının verdiyi xəbərə görə, tanınmış jurnalist bu gün Bakı Neyrocərrahiyyə Mərkəzində beyin əməliyyatına alınıb.

7 saatdan çox davam edən əməliyyat zamanı jurnalistin beyin şişinin cərrahi yolla götürülməsi (ekstirpasiyası) prosesi aparılıb.

Hazırda o, reanimasiyaya yerləşdirilib.

Xatırladaq ki, Sevda Həsənova 1994-cü ildən ANS bağlanana qədər orada çalışıb. Bu illər ərzində o, ANS-də bir sıra vəzifələr tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*