“Qurban Qurbanov yaxşı məşqçidir”.
KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, bu sözləri Almaniyanın “Bayer”(Leverkusen) klubunun baş məşqçisi Xabi Alonso UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la baş tutacaq oyundan öncə mətbuat konfransında deyib.
Mütəxəssis “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşündən danışıb:
“Qurban Qurbanovla yaxşı söhbətimiz oldu, aramızda gizlədiləsi heç nə yoxdur. O, yaxşı məşqçidir”.
