Trampdan sonra Putin: Rusiya lideri təcili Çinə gedirbackend

Trampdan sonra Putin: Rusiya lideri təcili Çinə gedir

Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə mayın 19–20-də Çinə səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Vladimir Putin və Si Cinpin ikitərəfli münasibətlərin aktual məsələlərini, tərəfdaşlıq və strateji əməkdaşlığın daha da dərinləşdirilməsi yollarını müzakirə edəcək, həmçinin beynəlxalq gündəmdəki əsas mövzular ətrafında fikir mübadiləsi aparacaqlar.

Danışıqların yekununda yüksək səviyyəli birgə bəyanatın və bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur.

Dövlət başçıları həmçinin 2026–2027-ci illəri əhatə edəcək Rusiya–Çin Təhsil İllərinin açılış mərasimində iştirak edəcəklər.

Səfər çərçivəsində Vladimir Putinin Çin Dövlət Şurasının Baş naziri Li Tsyan ilə də görüşü planlaşdırılır. Tərəflər ticarət-iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.

Qeyd edək ki, mayın 15-də ABŞ Prezidenti Donald Trampın Çinə səfəri başa çatıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*