Argentina millisinin futbolçusu Paris Olimpiadasında qarət edildibackend

Argentina millisinin futbolçusu Paris Olimpiadasında qarət edildi

Argentina Olimpiya komandasının yarımmüdafiəçisi Tiaqo Almada komandanın Paris Olimpiadasında açılış matçı ərəfəsində əşyalarını itirib.

KONKRET.az xəbər verir ki, bu barədə Argentina millisinin baş məşqçisi Xavyer Maskerano danışıb.

O, qeyd edib ki, “Əşyaları oğurlanıb, üzüklər və saatlar məşqdən sonra itib, lakin biz bu barədə danışmaq istəməzdik”.

Qeyd edək ki, çərşənbə günü Argentina millisi debüt matçında Mərakeşə uduzub – 1:2. Bu oyun iğtişaşlar səbəbindən iki saatdan çox kəsilib. Maskerano oyundan sonra mərakeşli azarkeşlərin meydana axışması ilə bağlı təhlükəsizliklə bağlı narazılığını bildirib.

Oyundan sonra argentinalılar FİFA-ya şikayət edərək, bu səviyyəli turnirlərdə belə hadisələrin baş verməməsinə diqqət çəkiblər.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*