Kriptovalyuta bazarında satış təzyiqi güclənib. Bazar dəyərinə görə ən böyük iki rəqəmsal aktiv olan “Bitcoin” və “Ethereum” son sutkada dəyər itirib.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, binance birjasının məlumatına görə, saat 06:21 vəziyyətinə “Bitcoin” 2,57% ucuzlaşaraq 62 977 dollar səviyyəsində ticarət olunub. Eyni dövrdə “Ethereum” da 2,77% dəyər itirərək 1 707 dollara qədər geriləyib.
“CoinMarketCap” platformasının 19 iyun tarixli statistikasına əsasən, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması 2,17 trilyon dollar təşkil edir. Bazarın ən böyük payı 58,1%-lə “Bitcoin”ə məxsusdur ki, bu da 1,26 trilyon dollar dəyərində qiymətləndirilir. “Ethereum”un bazar payı isə 9,5% olmaqla 205,8 milyard dollar səviyyəsindədir.
getmişdi. Amerikada tibb oxuyan, gələcəkdə beyin cərrahı olmaq istəyən bir gənc kimi Vətənində təcrübəli həkimin əməliyyatlarından elmi iş yazmaq istədi. Amma Bakıda ona dəstək olmaq əvəzinə, divan tutdular”.\\Bakupost.az
