İran limanlarına tətbiq edilən hərbi blokada ləğv edildibackend

İran limanlarına tətbiq edilən hərbi blokada ləğv edildi

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın liman və sahil ərazilərinə tətbiq edilən dəniz blokadasının rəsmən sona çatdığını bəyan edib. Bu addım ABŞ Prezidentinin müvafiq sərəncamına əsasən atılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi açıqlamaya görə, İranın Fars və Oman körfəzlərindəki limanlarına daxil olan və oradan çıxan gəmilərin hərəkətinə qarşı qoyulan bütün məhdudiyyətlər aradan qaldırılıb. ABŞ hərbi qüvvələri artıq gəmiçilik marşrutlarına maneə törətmir və blokadanın təmin edilməsi ilə bağlı bütün fəaliyyətlər dayandırılıb.

CENTCOM-un məlumatında vurğulanır ki, Amerikanın hərbi gəmiləri regionda qalmağa davam edəcək. Lakin onların əsas vəzifəsi artıq blokada tətbiq etmək deyil, əldə olunmuş razılaşmanın bütün aspektlərinə riayət olunmasına nəzarət etmək olacaq. Bu qərar ABŞ-İran münasibətlərindəki gərginliyin azaldılması və imzalanan razılaşmanın icrası istiqamətində atılmış növbəti addımdır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*