Argentinanın yeni prezidenti and içdibackend

Argentinanın yeni prezidenti and içdi

Xavyer Miley Argentina prezidenti kimi and içib.

KONKRET.az xəbər verir ki, mərasim Konqresin binasında baş tutub.

Andiçmə mərasimindən sonra səlahiyyət müddəti başa çatan dövlət başçısı Alberto Fernandes Mileyə prezident lentini və estafeti təqdim edib.

Yaxın vaxtlarda yeni prezident dövlət başçısı kimi meydana toplaşan xalq qarşısında ilk çıxışını edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*