Türkiyədə yol çökdü, 3 binadan sakinlər təxliyə edildi – VİDEObackend

Türkiyədə yol çökdü, 3 binadan sakinlər təxliyə edildi - VİDEO

Türkiyənin Rize şəhərində yol çöküb.

KONKRET.az xəbər verir ki, hadisə İslampaşa məhəlləsində binanın inşası üçün yerdə qazıntılar aparılan zaman baş verib.

Yolun çökməsi nəticəsində qaz xəttinə ziyan dəyib. Ərazidə yerləşən 3 binadan sakinlər təxliyə edilib.

AFAD hadisənin səbəblərini araşdırmaq məqsədilə əraziyə yollanıb.

Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*