Arnold Şvartsenegger avtomobil qəzasına düşdübackend

Arnold Şvartsenegger avtomobil qəzasına düşdü

Avstriya əsilli amerikalı kinoaktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger cümə günü Los-Ancelesdə avtomobil qəzasına düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Hadisə Bakı vaxtı ilə təxminən 05:00-da baş verib. Şvartsenegger “GMC Yukon” avtomobili ilə evindən bir neçə kilometr aralıda “Toyota Prius” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində aktyor xəsarət almayıb, “Toyota Prius”da olan qadın isə kəllə-beyin travması alıb və xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri və günahkarları barədə hələlik məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*