“Space Perspective” adlı şirkət cütlüklərin kosmosda evlənməsinə imkan yaradacaq uçuşlar həyata keçirəcək.
KONKRET.az Bakupost.az-a istinadən xəbər verir ki, cütlüklər “Neptun” adlı şarda evlənmək üçün 125 min dollar ödəməli olacaq.
Şirkətin təsisçilərindən biri olan Ceyn Poytner bildirib ki, artıq insanlar kosmosda evlənmək üçün qeydiyyatdan keçib.
Şirkətin saytında, rezervasiya siyahısının 2024-cü ilin sonuna qədər dolu olduğu qeyd olunub.
