Türkiyə və Ermənistan nümayəndələri Qarsda görüşdülərbackend

Türkiyə və Ermənistan nümayəndələri Qarsda görüşdülər

Ermənistan və Türkiyə nümayəndələri arasında dəmir yolu əlaqəsinin bərpası məsələsi ilə bağlı işçi qrupunun iclası keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması çərçivəsində əldə edilən razılaşmalara uyğun olaraq Qars şəhərində Gümrü–Qars dəmir yolunun bərpası və istismarı üzrə birgə işçi qrupunun iclası keçirilib”, – deyə nazirlik vurğulayıb.
ABŞ-ın Ermənistandakı səfirliyində isə işçi qrupunun görüşü Cənubi Qafqazda sülh və rifah yolunda tarixi irəliləyiş kimi qiymətləndirilib.\\bakupost.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*