Aİ-dən Ukraynaya 90 milyard avro: Vəsait hara xərclənəcək?backend

Aİ-dən Ukraynaya 90 milyard avro: Vəsait hara xərclənəcək?

Ukrayna Maliyyə Nazirliyi Avropa İttifaqından ayrılacaq 90 milyard avroluq maliyyə yardımının qrafikini və təyinatını açıqlayıb. Məlumata görə, 2026-2027-ci illəri əhatə edən bu yardım paketinin ilk hissəsinin artıq bu ilin may-iyun aylarında daxil olacağı gözlənilir.

KONKRET.az xəbər verir ki, rəsmi Kiyev həm 2026, həm də 2027-ci illərdə hər il 45 milyard avro vəsait əldə edəcək. Təkcə 2026-cı il üçün nəzərdə tutulan vəsaitin 16,7 milyard avrosu sosial büdcə dəstəyinə, 28,3 milyard avrosu isə müdafiə ehtiyaclarına yönəldiləcək. Büdcə dəstəyi çərçivəsində ayrılan məbləğin yarı hissəsi makromaliyyə yardımı, digər yarısı isə “Ukraine Facility” mexanizmi vasitəsilə təmin olunacaq.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*