Bu ərazilərdə qaz olmayacaqbackend

Bu ərazilərdə qaz olmayacaq

Qusar rayonunun bir hissəsində qaz kəsiləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Xaçmaz Regional Qaz istismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Qusar rayonunun bir hissəsinin (1 qəsəbə və 25 kənd) qaz təchizatının dayandırılması planlaşdırılır.

***

Həmçinin Sabunçu və Suraxanı rayonlarında aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər başa çatanadək Ramanı Südçülük Sovxozunun, E.Məhərrəmov küçəsinin, Sosial evlərin, Daş Karxanasının bir hissəsinin və Zığ kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*