Azərbaycanın məşhur reperi Aslixan ilin sonuna kimi pərəstişkarlarını yeni layihələrlə sevindirəcək.
Bu barədə KONKRET.az-a açıqlama verən sənətçi bildirib ki, gənc reperlərlə ərsəyə gətirdiyi son “NewScool” albomundan sonra yeni albom üzərində çalışır:
“Uzun müddətdir üzərində işlədiyim albom 2021-ci ilin sonlarına kimi hazır olacaq”.
Sənətçi onu da əlavə edib ki, hazırda məşhur türkiyəli reper Ayşe Betül və gənc həmkarı Offsweet ilə böyük layihələr üzərində işləyir.
Aslixan karantin vəziyyətinə görə işıq üzü görməyən “Euro” albomunun da yaxın zamanlarda Avropa ölkələrində yayımlanacağını deyib.
KONKRET.az
