Astanada ulu öndərin 100 illik yubileyi qeyd edildi – FOTOLARbackend

Astanada ulu öndərin 100 illik yubileyi qeyd edildi - FOTOLAR 

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanın paytaxtı Astanada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, tədbir “Xəzər” Milli Mədəniyyət Mərkəzinin təşəbbüsü və Azərbaycanın Qazaxıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Rusiya, Türkiyə, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Belarus və Monqolustanın bu ölkədəki səfirləri, eləcə də Türk Akademiyasının rəsmiləri və Qazaxıstan Xarici işlər nazirinin müavini Kanat Timuş iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov  vurğulayıb ki, Heydər Əliyev Azərbaycanın və türk dünyasının çoxəsrlik dövlətçilik tarixində nadir şəxsiyyət, müasir tarixdə müstəqil Azərbaycan dövlətinin parlaq liderdir.

Konfrans iştirakçıları və qonaqlar çıxışlarında Azərbaycan xalqının ümummilli liderinin həyat və fəaliyyətindən geniş danışaraq ölkələr arasında əlaqələrin möhkəmlənməsinə onun əvəzsiz xidmətlərini qeyd ediblər. Həmçinin Heydər Əliyevin Azərbaycanda elm və təhsilə verdiyi töhfələrdən, həyata keçirdiyi islahatlardan, o cümlədən xalqımızın vətənpərvərlik tərbiyəsində müstəsna rolundan danışılıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*