AVRO-2020: Eriksen meydanda huşunu itirərək yıxıldı – Oyun dayandırıldı – FOTO /VİDEObackend

AVRO-2020: Eriksen meydanda huşunu itirərək yıxıldı - Oyun dayandırıldı - FOTO / VİDEO

Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka – Finlandiya matçında xoşagəlməz hadisə baş verib.

KONKRET.az xəbər verir ki, ilk hissənin sonlarına yaxın meydan sahiblərinin futbolçusu Kristian Eriksen huşunu itirərək yerə yıxılıb.

Hazırda meydanın içərisində onun müalicəsi davam etdirilir.

Durumu ağır olan Eriksen üçün bütün tribunlar göz yaşlarına qərq olub, futbolçular dua edir.

Qeyd edək ki, oyun dayanan zaman hesab 0:0 olub.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*