Avropa ciddi sursat çatışmazlığı ilə ÜZLƏŞİBbackend

Avropa ciddi sursat çatışmazlığı ilə ÜZLƏŞİB

Avropa Kiyevə hərbi dəstəyi sayəsində sursat çatışmazlığı ilə üzləşib.

KONKRET.az xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.

Bildirilib ki, döyüş başlıqları üçün mərmi və partlayıcı maddələr çatışmır.

Qeyd olunub ki, Kiyev kifayət qədər ehtiyat toplayana qədər əks-hücum əməliyyatına başlaya bilməyəcək.

Məlumata görə, ABŞ artıq istehsalı iki dəfə, ildə 200 mindən 400 minə qədər artırıb və bu, 2025-ci ildə 1 milyonu keçəcək. Eyni zamanda, Avropada bu rəqəm 50 min səviyyəsindədir.

Bundan əvvəl Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell bildirib ki, Aİ yaxın 12 ay ərzində Ukraynaya daha 1 milyon döyüş sursatı ötürmək niyyətindədir.

Onun sözlərinə görə, 24 Avropa İttifaqı ölkəsi 155 mm-lik artilleriya mərmilərinin istehsalının genişləndirilməsi təşəbbüsünə qoşulub və bunun üçün 1 milyard avro ayrılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*