Avropanın Türkiyəyə sanksiya tətbiq etmə hədəsinə Kremldən reaksiyabackend

Avropanın Türkiyəyə sanksiya tətbiq etmə hədəsinə Kremldən reaksiya

Moskva Avropa Birliyinin Türkiyəyə Şərqi Aralıq dənizindəki situasiya ilə əlaqədar qəbul etdiyi sanksiya qərarına mənfi münasibət bəsləyir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko deyib. Qruşko bununla belə Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətlərini Rusiyanın da dəstəkləmədiyini bildirib.

Onun sözlərinə görə, bu tip tədbirlər qarşıdurmada olan tərəflərin mövqelərinin radikallaşmasına gətirib çıxarır.

Qeyd edək ki, dünən Avropa Birliyi Şərqi Aralıq dənizindəki qazma işləri ilə bağlı Türkiyəyə sanksiya tətbiq etmək barədə qərar verib. Sanksiya planına əsasən, AB Ankaraya maliyyə yardımını məhdudlaşdıracaq, hava nəqliyyatı sazişi ilə bağlı danışıqları təxirə salacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*