Tula vilayətinin Aleksandr adlı sakini bildirib ki, üç avtomobilin xarab olması onu və oğlunu Moskva yaxınlığındakı “Krokus Siti Holl”da törədilən terror aktından xilas edib.
KONKRET.az xəbər verir ki, bu barədə Shot Telegram kanalı yazır .
Məlum olub ki, faciədən az əvvəl Aleksandrın avtomobillərindən biri qəzaya uğrayıb, digəri isə xarab olub. Buna baxmayaraq, o, yeni avtomobil icarəyə götürmək qərarına gəlib və oğlu ilə birlikdə Piknik qrupunun konsertinə gedib. Moskva Dairəvi Yolundan 60 kilometr aralıda avtomobilin təkəri partlayıb və Aleksandr oğlu ilə yolda qalıb. Konsertə gecikən ata və oğul terror aktından belə xilas olub.
Burhan,
KONKRET.az
