Rusiyada miqrantlara zərbə: Uşaq pulu üçün 5 il şərtibackend

Rusiyada miqrantlara zərbə: Uşaq pulu üçün 5 il şərti

Rusiyada miqrantların uşaq müavinətləri alması üçün daha sərt qaydalar tətbiq olunacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin qərarında qeyd olunur.

Yeni qaydalara əsasən, uşaq müavinətləri yalnız Rusiya vətəndaşlığı olan və bu statusla ən azı beş il yaşayan şəxslərə şamil ediləcək.

Qaydaların 2027-ci il aprelin 1-dən qüvvəyə minməsi planlaşdırılır.

İstisnalar isə doğulduğu andan Rusiya vətəndaşlığı alanlara, köçürülmə proqramı üzrə gələnlərə, “xüsusi hərbi əməliyyat” iştirakçılarına və onların ailələrinə aid olacaq.//Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*